Qarabağa gedən deputatdan ölkəsi imtina etdi

Qarabağa gedən deputatdan ölkəsi imtina etdi
  06 May 2015    Oxunub:3080
“Estoniya parlamentinin üzvü Vladimir Velman Dağlıq Qarabağa bizim ölkəmizin rəsmi nümayəndəsi kimi səfər etməyib. Velman ora öz təşəbbüsü ilə gedib və buna görə məsuliyyət də onun öz üzərində qalır”.
AzVision.az xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyindən virtualaz.org saytının sorğusuna cavab olaraq belə deyiblər.

Qeyd edək ki, deputat V.Velman Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində erməni separatçıları tərəfindən mayın 3-də keçirilən “parlament seçkiləri”ndə “müşahidəçi” kimi iştirak edib.

“Xatırlatmaq istəyirik ki, Estoniya Dağlıq Qarabağda keçirilən qondaram “parlament seçkiləri”ni tanımır və onu qanunsuz hesab edir. Estoniyanın xarici işlər naziri Keyt Pentus-Rozimannus artıq dəfələrlə bəyan edib ki, rəsmi Tallinn Dağlıq Qarabağın “müstəqilliyi”ni tanımır, buna görə də orada keçirilən “seçkilər”i qanunsuz sayır. Qarabağın statusunu bu “seçkilər” yox, danışıqlar müəyyən etməlidir” - deyə Estoniya XİN mətbuat xidmətindən bildirdilər.


Teqlər:





Xəbər lenti