Məşəl Şirvanda

Məşəl Şirvanda
  05 May 2015    Oxunub:2115
Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Şirvan şəhərindən sonra Hacıqabul şəhərinə gətirilib.
AzVision.az-ın məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Hacıqabul şəhərində yerləşən Bayraq Meydanında qarşılanıb. Hacıqabulda məşəl estafeti saat 17:20-də start götürüb.

Atletlər məşəli Şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev parkına çatdırıblar. Burada Hacıqabul rayon karate-kobudo növü üzrə məşqçi Elnur Şəfiyev simvolik məşəli yandırıb.

Yarışın rəmzi Hacıqabuldan Saatlı rayonuna yola salınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti