Rövnəq Abdullayev FİFA prezidentli ilə görüşdü

Rövnəq Abdullayev FİFA prezidentli ilə görüşdü
  05 May 2015    Oxunub:1782
Bu gün İsveçrənin Sürix şəhərində AFFA-nın təşəbbüsü ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev FIFA-nın prezidenti Yozef Blatterlə görüşüb.
AzVision.az AFFA-ya istinadən xəbər verir ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı AFFA tərəfindən hazırlanmış hesabat kitabı FIFA-nın prezidentinə təqdim olunub, ölkəmizdə futbolun inkişafının perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə FIFA-nın baş katibi Jerom Valke, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti