Təhsil nazirindən daha bir ƏMR

Təhsil nazirindən daha bir ƏMR
  05 May 2015    Oxunub:3476
Təhsil naziri Mikayıl Cabbarov “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əmrə əsasən, şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirmək məqsədilə 2015-2016-cı dərs ilində ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qərara alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti