Ərdoğan Putindən intiqam aldı – “Türk axını” təxirə salınır

Ərdoğan Putindən intiqam aldı – “Türk axını” təxirə salınır
  05 May 2015    Oxunub:13186
Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” şirkətləri arasında danışıqların uzanması ilə əlaqədar “Türk axını” qaz kəmərinin tikintisi təxirə salınır.

Bu barədə AzVision.az Rusiyanın “Komersant” qəzetinə istinadən xəbər verir.

Tərəflər güzəştin həcmi barədə razılığa gəlsələr də, onun yekun sazişin hansı komponentinə tətbiq edilməsi məsələsində razılığa gələ bilmirlər. Nəşr vurğulayır ki, danışıqlar ay yarımdır ki, dalana dirənib: “Mövcud vəziyyətdə həm Rusiya, həm də Türk şirkətinə ciddi zərər dəyir: “Qazprom” şirkəti boru çəkən gəmilərinin yarım ilə yaxın müddətdə dənizdə lövbər salması şirkətə bir neçə milyon avro zərər vurub. Türkiyə şirkəti isə Rusiya tərəfindən qaza görə aldığı güzəşti tətbiq edə bilmir və yekun nəticədə qazı orta Avropa qiymətlərindən 100 dollar baha alır”.

Hazırda Türkiyə Rusiyadan aldığı qazın min kubmetrinə görə, 370 dollar ödəyir.

“Qazprom “Türk axını”nın tikintisinə mümkün qədər tez başlamaq istəyir, lakin Ankara buna müqavimət göstərir. Rəsmi Moskva buna sübut kimi Türkiyə tərəfinin Rusiya qazından 50 dollar ucuz olan sıxılmış qaz idxalının artırmasını göstərir.

Nəticədə aprel ayında Rusiyanın Türkiyəyə qaz tədarükü 38% azalıb.

Qaz kəmərinin çəkilişi ilə bağlı yeni sazişin imzalanmasını çətinləşdirən faktorlardan biri də geosiyasi vəziyyət, daha dəqiqi Vladimir Putinin Ermənistan paytaxtına səfəri zamanı “soyqırım”la bağlı səsləndirdiyi bəyanatdır. Rəsmi Ankara Putinin bu bəyanatını sərt şəkildə pisləmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti