Nepalda ölü sayı 7,5 minə çatdı

Nepalda ölü sayı 7,5 minə çatdı
  05 May 2015    Oxunub:1528
Nepalda dağıdıcı zəlzələdən sonra ölənlərin sayı 7,5 minə çatıb.
Bu barədə AzVision.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, hazırda olan məlumata görə, Nepalda ölənlərin sayı 7521, xəsarət alanların sayı 14366 nəfərə çatıb.
Nepal DİN-in rəsmisi Laksmi Cakalın sözlərinə görə, zəlzələ nəticəsində həlak olanlardan 57-i xarici vətəndaşdır. Daha 112 xarici vətəndaş isə itkin düşmüş hesab edilir.

Qeyd edək ki, aprelin 25-də Nepalda 7,8-7,9 gücündə zəlzələ baş vermişdi. Ayın 26-da isə bütün regionda yeraltı təkanlar hiss edilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti