Sürücülərin nəzərinə: sabahdan bu yollar bağlanır

Sürücülərin nəzərinə: sabahdan bu yollar bağlanır
  05 May 2015    Oxunub:3223
Sabahdan “TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
AzVision.az-ın məlumatına görə, may ayının 6-da saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Bibiheybət - Salyan şosesi (M2) - Sahil qəsəbəsi - Dairəvi yol Qızıldaş - Müşfiq postu - Bakı-Şamaxı yolu (M4) - Sulutəpə - Ekologiya postu - Bakı-Quba şosesi (M1) - Masazır - Novxanı (Akvapark) - Corat qəsəbəsi (dənizqırağı yol) - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

May ayının 7-də saat 09.00-dan 15.30-dək Bakı şəhərindən Şamaxı-İsmayıllı istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Ayın 8-də saat 09.00-dan 15.00-dək Qəbələ-Oğuz-Şəki istiqamətində və Şəki şəhərinin bir sıra mərkəzi küçələrində, 9-da saat 09.00-dan 13.30-dək Qəbələ-Ağdaş-Xaldan dairəsi-Yevlax-Bakı-Qazax yolu-Mingəçevir yolu-Mingəçevir şəhəri-Mingəçevir-Xaldan dairəsi-Mingəçevir şəhəri "Kür" avarçəkmə bazasınədək hərəkət müvəqqəti olaraq məhdudlaşdırlacaq.

May ayının 10-da isə səhər saat 10.00-dan 15.00-dək Bakı şəhərində Azadlıq meydanı – Rəşid Behbudov - Zərifə Əliyeva - Neftçilər prospekti – İstiqlaliyyət - Sona Vəliyeva - Lermontov - Teymur Elçin - Mehdi Hüseyn - Parlament prospekti - Hüseyn Cavid prospekti - İnşaatçılar prospekti - Bakıxanov küçəsi - Səməd Vurğun - Şəmsi Bədəlbəyli - Bülbül prospekti - Üzeyir Hacıbəyov - Rixard Zorge - Neftçilər prospekti - Azadlıq Meydanı - Kiçik Qala küçəsi - Qoşa Qala qapısı marşrutu üzrə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılacaq,

Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir.


Teqlər:  





Xəbər lenti