Əhəd Abıyevə nə sualın var? – Saytın qonağı

Əhəd Abıyevə nə sualın var? – Saytın qonağı
  01 May 2015    Oxunub:13322
AzVision.az saytı oxucularına rəsmi şəxslərə, tanınmış insanlara suallar ünvanlamaq imkanı yaradır.

Saytımızın növbəti qonağı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevdir.

Əhəd Abıyevə sualı olanlar aşağıda, şərh bölümündə yaza bilərlər.

Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirib.
1979-1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980-1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.



Teqlər:  





Xəbər lenti