ABŞ-da qarşıdurmalar: Baltimora Milli Qvardiya yeridilir

ABŞ-da qarşıdurmalar: Baltimora Milli Qvardiya yeridilir
  28 Aprel 2015    Oxunub:2164
ABŞ-ın Baltimor şəhərinə (Merilend ştatı) Milli Qvardiyanın hərbçiləri yeridilib.
Bu barədə AzVision.az “Fox News”-a istinadən xəbər verir.

Məlumata əsasən, milli qvardiyanın hərbçiləri polislərə şəhərdə təhlükəsizliyi təmin etməyə kömək edəcəklər.

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) nümayişçilər və hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş qarşıdurmalar nəticəsində 15 polis xəsarət alıb. Baltimorda komendant saatı tətbiq edilib.

Qeyd edək ki, Baltimorda vəziyyət polis tərəfindən saxlanılandan sonra boyun fəqərələrinin sınması nəticəsində dünyasını dəyişmiş 25 yaşlı qaradərili Freddi Qreyin dəfn mərasimindən sonra kəskinləşib. Etiraz aksiyasında 2 minə yaxın insan iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti