Davudoğlu yeni baş müşavir təyin etdi

Davudoğlu yeni baş müşavir təyin etdi
  28 Aprel 2015    Oxunub:2129
Baş nazir Əhməd Davudoğlunun baş müşaviri postuna yeni təyinat olub.
Avision.az türk mətbuatına istinadən xəbər verir ki, bu posta Əbdülqadir Özkan gətirilib. O, təhsil naziri Nabi Avcının tələbəsi olub və bir müddət Təhsil Nazirliyinin mətbuatla əlaqələr şöbəsində çalışıb. 2014-cü ildə isə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.
Əbdülqadir Özkan İstanbul Bilgi Universitetinin Rabitə fakültəsindən məzun olub. O, uzun illər xaricdə media və mədəniyyətlərarası münasibətlər istiqamətində çalışıb. İngilis dilini yüksək səviyyədə bilir.
Qeyd edək ki, Ə.Özkandan əvvəl Əhməd Davudoğlunun baş müşaviri erməni əsilli Etyen Mahçupyanın idi. Bir müddət əvvəl o, yaş senzi ilə əlaqədar təqaüdə göndərilib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti