Nepalda ölü sayı 4 mini keçdi – VİDEO

Nepalda ölü sayı 4 mini keçdi – VİDEO
  27 Aprel 2015    Oxunub:2079
Aprelin 25-i Nepalda baş verən dəhşətli zəlzələ qurbanlarının sayı 4,1 mini ötüb.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Daha əvvəl təbii fəlakət nəticəsində 3218 nəfərin öldüyü bildirilirdi.

Nepal Daxili İşlər Nazirliyi bu ana qədər 7000 mindən çox insan yaralanması barədə xəbər yayıb. Nepal-Çin sərhədində yerləşən Himalay dağlarının Everest zirvəsi rayonunda 200-dək insanın itkin düşdüyü bildirilir.

Qeyd edək ki, Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti