“Sanksiyalara görə 160 milyard dollar itirdik” – Putin

“Sanksiyalara görə 160 milyard dollar itirdik” – Putin
  27 Aprel 2015    Oxunub:1978
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya iqtisadiyyatı sanksiyalarla əlaqədar yaranan süni maneələri asanlıqla dəf edib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Putin vurğulayıb ki, sanksiyalar xarici maliyyə bazarlarına çıxışı çətinləşdirib: “Bununla əlaqədar olaraq, Rusiya şirkətləri təxminən 160 milyard dollar gəlir itirdilər. Yalnız 2014-cü ildə Rusiya şirkətləri ümumi məbləği 130 milyard dollar olan borcu ödəməli idilər. Lakin maliyyə faciəsi baş vermədi, borclar vaxtında qaytarıldı”.

Rusiya prezidenti, həmçinin qeyd edib ki, Rusiya tərəfindən Qərbin sanksiyalarına qarşı atılan cavab addımları ölkə iqtisadiyyatının güclənməsi ilə nəticələndi: “Əvvəlcədən məlum idi ki, bu qiymət artımı ilə nəticələnəcək. Lakin bu bizim Dünya Ticarət Təşkilatına üzvlüyümüz şəraitində daxili bazarın milli istehsalçılar üçün azad olunması istiqamətində bir şans idi”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti