1 həftədə 20 min sürücü cərimələndi - Bakıda

1 həftədə 20 min sürücü cərimələndi - Bakıda
  27 Aprel 2015    Oxunub:1935
Bakı şəhərində son bir həftə ərzində yol hərəkəti qaydalarını pozduğuna görə 19 239 sürücü barəsində inzibati protokol tərtib edilib.
AzVision.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Həmin sürücülərdən 382-si avtomobili sərxoş vəziyyətdə idarə edən şəxslərdir. Həmçinin inzibati məsuliyyətə cəlb olunan sürücülər arasında 12 avtoxuliqan olub. Qaydaları pozan sürücülərdən 276 nəfəri hərəkəti işıqforun qırmızı işiğında davam etdirən, 3 945-i ötmə manevr qaydalarını pozan, 45-i sərnişindaşıma qaydalarını pozan, 67-si yol polisi əməkdaşlarının qanuni tələbini yerinə yetirməyən, 10 nəfəri avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edən, 73-ü avtomobili sənədsiz idarə edən, 85-i isə avtomobili pərdə və plyonka ilə idarə edən sürücülərdir.


Teqlər:  





Xəbər lenti