Qalmaqallı qanuna hansı dəyişiklik ediləcək?
Deputatın sözlərinə görə, dəyişiklik qanunun 10-cu maddəsində müvafiq icra hakimiyyəti orqanının qəranın toplantı iştirakçılarına çatdırılması ilə bağlıdır.
“Belə ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanundan istifadə etmək istəyən fiziki və ya hüquqi şəxs bununla bağlı müvafiq icra hakimiyyətinə xəbərdarlıq məktubu göndərir. Qanunda belə idi ki, 3 iş günü müddətində həmin məktuba cavab verilməli idi. Dəyişiklik ondan ibarətdir ki, tədbirin keçirilməsinə 3 gün qalmış müvafiq icra hakimiyyətinin qərarı toplantı iştirakçılarına çatdırılsın. Üç iş günü bayramlara düşə bilər və uzun vaxt çəkə bilər. Bu baxımdan 3 iş günü ifadəsi 3 gün ifadəsi ilə əvəz olunub. Müvafiq icra hakimiyyəti orqanının toplantının keçirilməsinə dair məktubu 3 iş günü ərzində deyil, 3 gün ərzində toplantının iştirakçılarına çatdırılacaq”.
Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna bundan öncəki dəyişikliklər ciddi müzakirələrə səbəb olmuşdu. Bir çoxları aksiyalarla bağlı müddəaların sərtləşdirilməsinə etiraz edirdi.
Anar Kəlbiyev
Teqlər: