Nalbandyan Parisdə həmsədrlərlə görüşəcək

Nalbandyan Parisdə həmsədrlərlə görüşəcək
  27 Aprel 2015    Oxunub:1393
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Aprelin 29-u ATƏT-in Minsk qrupu həmsədrləri görüşəcək.
AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Nalbandyan bu barədə Belçika XİN başçısı Didye Reynderslə İrəvanda keçirilən birgə konfransda bildirib.

Nalbandyan, həmçinin Dağlıq Qarabağ münaqişənin hərbi yolla həllinin olmamasını vurğulayıb.

Ermənistan XİN-in yaydığı məlumata görə, erməni nazir və həmsədrlərin görüşü Parisdə baş tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti