Aksiyalarla bağlı qanun dəyişir

Aksiyalarla bağlı qanun dəyişir
  27 Aprel 2015    Oxunub:2428
Milli Məclisin növbəti iclası aprelin 28-də keçiriləcək.
Bunu AzVision.az-a açıqlamasında MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, ümumilikdə gündəliyə 20 məsələ daxildir.

“Bir çox qanunlara, məcəllələrə dəyişiklik olunacaq. Şəhərsalma və tikinti Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Mülki Prosesual Məcəllədə, Əmək Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununda dəyişiklik ediləcək”.

“Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” və “Kənd təsərrüfatı informasiya məsləhət xidməti haqqında” qanunlar isə II oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna bundan öncəki dəyişikliklər ciddi müzakirələrə səbəb olmuşdu. Bir çoxları aksiyalarla bağlı müddəaların sərtləşdirilməsinə etiraz edirdi.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti