Avrokomissar `ASAN Xidmət`i Avropaya nümunə göstərdi

Avrokomissar `ASAN Xidmət`i Avropaya nümunə göstərdi
  27 Aprel 2015    Oxunub:2262
Azərbaycanda kiçik və orta biznes müəssisləri `ASAN Xidmət` vasitəsi ilə 15 dəqiqə ərzində dövlət qeydiyyatından keçirlər. Bu isə sahibkarların işini əhəmiyyətli dərəcədə asanlaşdırır.

AzVision.az-ın məlumatına görə, bu barədə Brüsseldə Ukrayna iqtisadiyyatının sabitləşməsi məsələlərinə həsr olunan konfransda çıxışı zamanı Avropa İttifaqının (Aİ) Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han bildirib.

Avrokomissarın sözlərinə görə, o bu təcrübə ilə Azərbaycana səfəri zamanı tanış olub.

Qeyd edək ki, Yohannes Han aprel ayının əvvəlində Azərbaycana səfər edib.

Hanın səfəri zamanı iqtisadiyyat, energetika, mədəniyyət, turizm və digər sahələr daxil olmaqla Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti