Rusiyada ermənilərin özbaşınalığı

Rusiyada ermənilərin özbaşınalığı
  25 Aprel 2015    Oxunub:3086
Aprelin 24-də Moskvanın Leninqrad şosesində polislər özbaşına avtomobil yürüşünün qarşısını alıblar.
Rusiya mətbuatının yazdığına görə, Ermənistan bayraqları asılmış, 40 avtomobildən ibarət maşın karvanı açılan atəşin müşayiəti ilə yol boyu şütüyüblər.

Bildirilir ki, Ermənistan vətəndaşları dövlət bayraqlarının sancıldığı onlarla maşında avtomobil yarışı keçirməyə cəhd göstəriblər. Avtomobillərin bəzilərindən isə atəşlər açılıb.

Moskvanın digər rayonlarından da erməni bayraqları bağlanmış maşınlar barədə məlumatlar daxil olub. Məsələn, “Zemlyanoy Val” küçəsində Ermənistan bayraqları olan “Mazda” markalı ağ rəngli avtomobildən bir neçə atəş açılıb. Şahidlər polisə zəng ediblər, avtomobil axtarışa verilib.



Teqlər:





Xəbər lenti