`Mahir` dələduza cinayət işi başlandı

`Mahir` dələduza cinayət işi başlandı
  24 Aprel 2015    Oxunub:1797
Bir vətəndaşın Bakı şəhər sakini Vidadi Axundov tərəfindən ona qarşı dələduzluq hərəkətləri edilməsi barədə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı V.Axundovun məhkəmədə baxılan iş üzrə təqsirləndirilən şəxsə yüngül cəza təyin etdirəcəyi adı ilə onun atasından 2013-cü ildə 43 min ABŞ dolları, daha sonra 2014-cü ildə əlavə olaraq 30 min manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti