İlham Əliyev Çanaqqalada - FOTOLAR (VİDEO) Yenilənib

İlham Əliyev Çanaqqalada - FOTOLAR (VİDEO) Yenilənib
  24 Aprel 2015    Oxunub:3851
Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasim başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir. İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı “Şəhidlər” abidəsi meydanında fəxri qarovul dəstəsi düzülüb.

Abidənin önünə əklillər qoyuldu. Çanaqqala şəhidlərinin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Türkiyənin dövlət himni səsləndirildi. Şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr oxundu, dualar edildi. Sonra Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz və Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan çıxış etdilər.

Mərasimdə 21 ölkənin dövlət başçısı, eləcə də 70-dən çox ölkədən yüksək vəzifəli şəxslər iştirak edirlər.

***
Azərbaycan Prezidenti İlham Əliyev Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək üçün Çanaqqala şəhərinə gəlib.

Bu barədə AzVision.az "Anadolu" agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə 17 ölkə başçısı, 3 prezident köməkçisi, 5 nazir, 1 sabiq prezident, 28 nazir, 6 beynəlxalq təşkilatın baş katibi və 90-a yaxın ölkədən yüksək vəzifəli məmur iştirak edəcək.













AzVision.az



Teqlər:  





Xəbər lenti