Prezidentlər Türkiyədə namaz qılacaq

Prezidentlər Türkiyədə namaz qılacaq
  24 Aprel 2015    Oxunub:3447
Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə “Cümə protokolu” həyata keçiriləcək.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasim üçün 2 ayrı proqram hazırlanıb. Belə ki, ölkə başçısı Rəcəb Tayyip Ərdoğan və müsəlman prezidentlər, siyasətçilər “Yəhya Çavuş Şəhidlər Məscidi”də namaz qılacaqlar. Namaza qatılmayan rəsmilər isə “Savarona” gəmisində dəniz səyahatinə çıxacaqlar.

Qeyd edək ki, Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə 17 ölkə başçısı, 3 prezident köməkçisi, 5 nazir, 1 sabiq prezident, 28 nazir, 6 beynəlxalq təşkilatın baş katibi və 90-a yaxın ölkədən yüksək vəzifəli məmur iştirak edəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə qatılacaq

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti