Alman gücü Azərbaycana necə xidmət edə bilər?

Alman gücü Azərbaycana necə xidmət edə bilər?
  22 Aprel 2015    Oxunub:2887
Fərrux Həsənov

Hazırda Bakı və Berlin arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Əlbəttə, qarşılıqlı münasibətlər uzun müddət iqtisadi arealda möhkəm idisə, hazırda Azərbaycan-Almaniya əlaqələri diplomatik sferada da güclənməkdədir.


Məsələn, Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Berlinin tutduğu mövqe və Avropanın enerji arxitetekturasında Bakı-Berlin partnyorluğunu daha sıx möhkəmlənmiş ikitərəfli əlaqələrə aid etmək olar.

Hələ 1993-cü ildə Bundestaqın Qafqaz üzrə komissiyasının sədri Villi Vimmerin Bakıya rəsmi səfəri zamanı Azərbaycan tərəfi Dağlıq Qarabağ konfliktində Almaniyanın dəstəyinə ehtiyac olduğunu bildirdi. Elə həmin vaxt Almaniya nümayəndəsi rəsmi bəyannamə ilə çıxış etdi. Bəyannamədə deyilirdi ki, `Almaniya ATƏT-in sərhəd toxunulmazlığı prinsipini əsas tutur və bu təşkilat çərçivəsində münaqişənin həllindən ötrü əlindən gələni edəcək. Sərhədləri zorla dəyişmək istəyənlər bilməlidir ki, Almaniya onları dəstəkləmir`. Bu fikir Almaniya-Azərbaycan əlaqələrini daha da sıxlaşdıraraq, gələcək əməkdaşlıq üçün fundamental zəmin yaranmış oldu.

1995-ci ildə Heydər Əliyev Almaniya prezidenti Roman Hersoqla görüşdə, eləcə də Almaniya kansleri Helmut Kolla görüş zamanı Dağlıq Qabağ məsələsi müzakirə obyekti olmuşdu və Helmut Koll bildirmişdi ki, "Almaniya Qabağ münaqişəsini ATƏT prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir".

Həmçinin, 1997-ci ildə Dağlıq Qabağ münaqişəsilə bağlı Rusiyanın Ermənistana silah satdığı barədə Alman mətbuatında geniş məqalələr yazılmışdı. Almaniyanın Azərbaycanın ərazi bütövlüyün dəstəklədiyini Xarici İşlər Naziri Hans Ditrix Genşerin səsləndirdiyi fikirdən də aydın görmək olur. O, vurğulayıb ki, “Biz almanlar yaxın tərəfdaşımız olan Azərbaycanın öz ərazisində hüquqlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirə bilməsi üçün əlimizdən gələni edəcəyik”.

Bundestaq və Almaniyanın hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyib.

Bu gün də Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın rolu çox vacibdir. "Zigen Universiteti"nin professoru Rudiger Kipkenin "Ermənistan Azərbaycan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı və Berlindəki Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə, o cümlədən, almaniyalı ictimai xadim Rolf Künşün Xocalı faciəsinə həsr olunmuş kitabının təqdimatı Almaniya ictimaiyyətində Azərbaycan üçün görülən işin sadəcə kiçik bir qismidir. Təbii ki, bu yöndə göstərilən fəaliyyət Azərbaycan üçün çox əhəmiyyətlidir.

2007-ci ildə Almaniya səfəri zamanı Prezident İlham Əliyev kansler Angela Merkellə görüş keçirərək, Qarabağ münaqişəsi barədə geniş müzakirə apardı. Alman hökuməti dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edərək, ikitərəfli diplomatik və siyasi münasibətləri belə dəyərləndirmişdi: “Əgər Almaniya-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini qiymətləndirməli olsaq, deyə bilərik ki, bu münasibətlər keyfiyyətcə strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Buna görə də Azərbaycan haqlı olaraq ümid edir ki, biz birlikdə Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün səylərimizi artırmalıyıq".

Almaniya Qərbin digər dövlətlərindən, xüsusilə də ABŞ və Fransadan fərqli olaraq, erməni icmasının zəif olduğu, lobbisinin isə demək olar ki, olmadığı dövlətlərdəndir. Bu, bizə böyük bir şans yaradır ki, getdicə dünyada geosiyasi resurslarını artırmağa çalışan Almaniyanın hər mənada dəstəyini ala bilərik. Prezident İlham Əliyevin 2014-cü ilin son rübündəki Almaniya səfəri böyük geodiplomatik əhəmiyyət daşımaqdadır.

Səfərdə Almaniya kansler səviyyəsində "Dağlıq Qarabağ Münaqişəsi"nin həllində aktiv rol oynamaq istəklərini dilə gətirdi. Bildindiyi kimi, ATƏT-in Minsk qrupunun 15 üzvündən biri də Almaniyadır. Demək olar ki, Almaniya fəaliyyətdə olan üzvlərdən biri olmaq istəyini açıq şəkildə səsləndirdi. Ümumiyyətcə, rəsmi Berlinin Minsk qrupunun fəaliyyətdə olan üzvü təyin olunması Azərbaycan üçün bir sıra siyasi dividentlər qazandıra bilər: Almaniyanın münaqişənin həllinə cəlb edilməsi Azərbaycan üçün nə kimi imkanlar aça bilər?

1) Təbii ki, Almaniya da bu istiqamətdə səy göstərir və ən azından dünya çapında özünün böyük siyasi imicini təkrar qazanmaqdan ötrü bu münaqişənin həllində müsbət fiqur ola bilər. Nümunə olaraq federal hökumətin Əfqanıstan, İraq, İraq Kürdüstanı, Suriya və Ukrayna münaqişələrində təsiredici güc kimi çıxış etməsini, eləcə də İranın nüvə danışıqlarında 5+1 formatlı görüşlərdə `altılıq` tərkibində iştirak etməsi onun münaqişələrin həllində aparıcı güc olmaq istəyindən doğur.

2) Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı tərəfdi, həm də erməni təbliğatının və təsir rıçaqının zəif olduğu ölkə kimi xarakterizə olunur. Bütün bu faktorlar rəsmi Berlinin oynayacağı müsbət rola dəlalət edir. Bir məqamda çox önəmlidir ki, Almaniyada türk lobbisi güclüdür və bu da bizə əlavə təsir imkanları açmış olur.

3) Almaniya Aİ-nin başında duran, Avropa Birliyinin bel sütünü, güc və söz sahibi olan bir ölkədir, əlbəttə ki, onun səyləri nəticəsiz qalmayacaq. Nəzərə alsaq ki, Ukrayna görüşündə "Normandiya" formatında aparıcı mərkəzlərdən biri olaraq çıxış edir.

4) Nəhayət, Almaniyanın konfliktin həllinə cəlb edilməsi problemin çözümündə həll səhifəsi aça bilər, yeni bir nəfəs gətirə bilər. Unutmaq olmaz ki, Almaniyanın Çin və Rusiya kimi dövlətlərə insan haqları ilə bağlı ciddi pressinqi var. Dəfələrlə Çin Almaniya qarşısında geri çəkilib. Belə bir güc imkanları olan bir dövlətdən, sözsüz, Ermənistana qarşı beynəlxalq müstəvidə istifadə etmək olar, yəni Almaniyanın bu istiqamətdə bizə əvəzsiz köməyi dəyə bilər.

Hazırkı Alman diplomatiyasını Merkel koalisyasının dünya siyasi arenasında neytrallıqdan çıxıb, açıq siyasi mövqeyə keçməsi, "yumşaq güc" siyasətinin təkrarən "sərt güc" siyasətinə transformasiyası kimi qiymətləndirmək olar. Əgər fikir versək, 1950-ci ildən "yumşaq güc"ü, yəni geoiqtisadi xətti seçən rəsmi Berlin 90-cı illərə qədər iqtisadi diplomatiyaya hesablanmış stabil siyasət yürüdürdü.

Maraqlıdır ki, 2014-cü ildə cənab Prezdentin Berlinə rəsmi səfərindən öncə Almaniyanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu və ölkəmizin torpaq bütövlüyünü tamamilə dəstəklədiklərini bildirən bəyannamə yayımladı. Şübhəsiz, Almaniyanın səfərdən öncə belə bir bəyannamə ilə çıxış etməsi Berlinin siyasi imkanları silahlı münaqişənin həllinə fokusladığını gösətirir. Demək olar ki, cənab Prezident hər il Almaniyada təşkil edilən "Münhen Təhlükəsizlik Konfransı"na qatılır. Bütün bu diplomatik addımlar iki tərəfli münasibətlərin daha da bərkiməsinə zəmin yaradır.


Teqlər:





Xəbər lenti