İrandan narkotik gətirən şəxs yaxalandı

İrandan narkotik gətirən şəxs yaxalandı
  21 Aprel 2015    Oxunub:1315
İran İslam Respublikasından Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hadisə Astara Gömrük İdarəsinin sərnişin şöbəsində qeydə alınıb.

İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Ramin Allahyarov saxlanılıb. Onun üzərindən yoxlama aparılıb.

Yoxlama zamanı ondan xalis çəkisi 8,672 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Hazırda həmin şəxsin ətrafında araşdıralar aparılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam edir.


Teqlər:  





Xəbər lenti