Marqvelaşvili də Sarkisyana `yox` dedi

Marqvelaşvili də Sarkisyana `yox` dedi
  21 Aprel 2015    Oxunub:2247
Gürcüstan prezidenti Georgi Marqvelaşvili 23-24 aprel tarixlərində qondarma “erməni soyqırım”nın 100 illiyi ilə əlaqədar Ermənistanın paytaxtı İrəvanda təşkil ediləcək tədbirlərə qatılmayacaq.
Bu barədə AzVision.az “İnterfax” agentliyinə istinadən xəbər verir.

“Ermənistan tərəfdən Gürcüstan prezidentinə aprelin 23-24-də Yerevana səfər etməsi barədə dəvət gəlib. Diplomatik kanallar vasitəsilə erməni həmkarlara bildirilib ki, məhz həmin ərəfədə Belarus prezidenti Aleksandr Lukaşenkonun Gürcüstana səfəri başlayır və onu prezident Marqvelaşvili qarşılayacaq”, - deyə jurnalistlərə açıqlamasında Gürcüstan prezidentinin beynəlxalq məsələlər müşaviri Tenqiz Pxaladze bildirib.

Qeyd edək ki, daha əvvəl Gürcüstan hökumətinin üzvləri baş nazir İrakli Qaribaşvilinin 23-24 aprel tarixlərində Ermənistana səfər etməsi barədə məlumatı təsdiqləməmişdilər.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti