`Narkotiksiz yaşaya bilmirəm...` - Dünya çempionu

`Narkotiksiz yaşaya bilmirəm...` - Dünya çempionu
  21 Aprel 2015    Oxunub:2035
Braziliya milli komandasının sabiq üzvü Paulo Sezar dünya çempionatında qazandığı qızıl medalı satıb.
Bir vaxtlar “Botofoqo” klubunda forma geyinən futbolçu 1970-ci ildə Braziliya millisinin heyətində dünya çempionu olub.

Narkotik maddələrin və spitli içkilərin aludəçisi olan vetaran futbolçu məhz bu üzdən mundialda qazandığı qızıl medalı satmaq məcburiyyətində qalıb.

Paulo Sezar açıqlamasında da bunu etiraf edib: “Narkotik qəbul etmədən özümü idarə edə bilmirəm. Gərək dünya çempionatında qazandığım qızıl medalı satdığımı açıqlamazdım. Mənim üçün ən önəmlisi qızıl medal deyil, kokain qəbul etməkdir. Etiraf edirəm ki, qızıl medalsız yaşayaram, ancaq narkotiksiz yox” (Anspress)


Teqlər:  





Xəbər lenti