13 yaşlı şagird müəllimini öldürdü

13 yaşlı şagird müəllimini öldürdü
  21 Aprel 2015    Oxunub:2129
İspaniyanın Barselona şəhərindəki məktəblərin birində 13 yaşlı şagird tatar yayı və qədimdə Okinava adasında döyüş zamanı istifadə olunan orağa bənzər kama adlı silahla bir müəllimi qətlə yetirib, 4 nəfəri isə yaralayıb.

Şagird sinifdə İspan dili müəlliminə əvvəlcə tatar yayından ox atıb, sonra isə ona kama ilə hücum edib.

Kataloniya polisinin və hadisə şahidlərinin sözlərinə görə, bu zaman köməyə gələn digər müəllimlər də hücuma məruz qalıblar. Bundan sonra başqa sinfə girərək şagirdlərdən birinə hücum edən 13 yaşlı qatil tutularaq polisə təhvil verilib.

Sinəsindən yara alan müəllimlərdən birinin həyatını itirdiyi, digər yaralananların isə vəziyyətlərinin təhlükəli olmadığı bildirilir.

Psixoloji problemləri olan şagird hadisədən bir neçə gün qabaq sinif yoldaşlarına məktəbdəki bütün müəllimləri öldürəcəyini, daha sonra isə intihar edəcəyini deyib.

Hadisədən sonra bəzi şagirdlərin əsəb sarsıntısı keçirdiyi, bəzilərinin isə məktəbdən qaçdığı qeyd edilir.


Teqlər:





Xəbər lenti