Cahangir Hacıyevin postu iyula kimi boş qalacaq

Cahangir Hacıyevin postu iyula kimi boş qalacaq
  21 Aprel 2015    Oxunub:1458
Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin yeni sədri 2015-ci ilin iyulunda səhmdarların ümumi yığıncağında seçiləcək.
Bunu maliyyə naziri Samir Şərifov brifinqdə deyib. Onun sözlərinə əsasən, bankın İdarə heyətinin üzvlərinin səlahiyyət müddəti bu ilin iyulunda başa çatır: "Həmin vaxt səhmdarların ümumi yığıncağı keçiriləcək. Yığıncaqda İdarə heyətinin yeni sədri seçiləcək".

ABB-nin özəlləşdirilməsi məsələsinə gəlincə, nazir qeyd edib ki, bu məsələ heç vaxt gündəmdən düşməyib: "Hökumət strateji vacib aktivlər istisna olmaqla ona məxsus aktivlərin özəlləşdirilməsinə həmişə hazır olmalıdır. Azərbaycan Beynəlxalq Bankına gəlincə, hökumət bu məsələdə də eyni fikirdədir".

Qeyd edək ki, ABB-nin bundan əvvəlki sədri Cahangir Hacıyev olub. O, bu il martın 18-də səhhəti ilə əlaqədar postunu tərk edib.


Teqlər:





Xəbər lenti