Bakıda güclü yanğın: 9 maşın kül oldu

Bakıda güclü yanğın: 9 maşın kül oldu
  21 Aprel 2015    Oxunub:1394
Bakıda avtodayanacaqda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a vrilən məlumata görə, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.


Teqlər:





Xəbər lenti