Gəncədə Çanaqqala üçün ağac əkildi – FOTO

Gəncədə Çanaqqala üçün ağac əkildi – FOTO
  20 Aprel 2015    Oxunub:1350
Çanaqqala zəfərinin 100 illiyin münasibətilə Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyası şəhərin Heydər Əliyev adına park-kompleksində həyata keçirilib.

Ağacəkmə kampaniyasında 3000-dən çox ağac əkilib.Kampaniyada Türkiyənin Gəncə şəhərində yerləşən Baş Konsulu Orhan İşık, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev, Ərzurum Bələdiyyəsi sədrinin müavini Zəfər Bülent Enginin başçılıq etdiyi, Ərzurum şəhər İcra Hakimiyyəti rəsmilərinin də daxil olduğu nümayəndə heyəti,o cümlədən Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, şəhər ictimaiyyəti yaxından iştirak edib.
Aksiya zamanı əkilən ağaclar suvarılıb və dibləri bərkidilib.

Qeyd edək ki, Tükiyədən gələn qonaqlar eyni zamanda Gəncə şəhərinin gəzməli-görməli yerlərinə ekskursiya edib, şəhər ilə yaxından tanış olublar.





Teqlər:





Xəbər lenti