Zakir Həsənov kursantları təbrik etdi

Zakir Həsənov kursantları təbrik etdi
  20 Aprel 2015    Oxunub:1490
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 44-cü ildönümünə həsr olunmuş tədbir keçirilb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 44-cü ildönümünə həsr olunmuş tədbir keçirilb.

Mərasimdən əvvəl Hərbi Liseyin rəhbərliyi, digər yüksək rütbəli zabitlər, qonaqlar ümummilli lider Heydər Əliyevin və görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin xatirələrinə ucaldılmış büstlərin önünə gül dəstələri qoyaraq ziyarət ediblər.

Hərbi Lisey günü münasibətilə keçirilən tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantları, Daxili Qoşunların və Sərhəd Qoşunlarının nümayəndələri, həmçinin ayrı-ayrı illərdə bu məktəbi bitirərək ordumuzda xidmətini davam etdirən və ehtiyatda olan bir qrup zabit iştirak edib.

Mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Liseyin kollektivinə təbriki oxunub.

Təbrikdə deyilir: "1971-ci ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən milli zabit kadrlarının yetişdirməsi məqsədi ilə yaradılmış liseydə minlərlə azərbaycanlı gəncin ordu həyatına hazırlanması və gələcəyin peşəkar zabitləri kimi formalaşması üçün böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, liseyin yetirmələri bu gün Silahlı Qüvvələrdə və digər güc strukturlarında şərəf və ləyaqətlə xidmət edirlər".

Müdafiə nazirinin təbrikində əminliklə qeyd olunub ki, bu günün kursantları gələcəyin zabitləri kimi nümunəvi xidmətlərilə hərb tariximizə yeni səhifələr yazacaqlar.

Tədbirdə çıxış edən general-mayor Mirzə Almasov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna, o cümlədən hərbi təhsilə diqqət və qayğısı nəticəsində Hərbi Liseyin müasir təlim və tədris vasitələri ilə təmin olunduğunu qeyd edib.

Mərasimin sonunda xidmətdə fərqlənən zabit, kursant və müəllimlərə fəxri fərmanlar təqdim edilib.

Tədbir Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının ifasında hərbi-vətənpərvərlik mahnıların


Teqlər:





Xəbər lenti