Ohanyan rus generalla görüşüb

Ohanyan rus generalla görüşüb
  20 Aprel 2015    Oxunub:1226
Ermənistan müdafiə naziri Seyran Ohanyan aprelin 20-i Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının yeni komandiri, general-mayor Vladimir Ustinovla görüşüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Görüş zamanı ikitərəfli münasibətlər, həmçinin Ermənistan-Rusiya hərbi əməkdaşlığının sonrakı inkişafına dair fikir mübadiləsi də aparıblar.

Bundan əlavə, Ermənistan Baş Qərargah rəisi Yuriy Haçaturovda Vladimir Ustinovu da qəbul edib.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 7 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti