Prezident iranlı nazirlə görüşdü
Nazir Hüseyn Dehqan İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı. O, ulu öndər Heydər Əliyevin müasir İran-Azərbaycan əlaqələrinin memarı olduğunu qeyd edərək bu gün Prezident İlham Əliyevin göstərdiyi siyasi iradə və qətiyyətin münasibətlərimizin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını bildirdi.
Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.
AzVision.az
Teqlər: