Azərbaycandan Obamaya 50 metrlik məktub - FOTO

Azərbaycandan Obamaya 50 metrlik məktub - FOTO
  20 Aprel 2015    Oxunub:8024
Barak Obamanın azərbaycanlı oxşarı Asif Mustafayev ABŞ prezidentinə 50 metrlik məktub yazıb.

AzVision.az-ın məlumatına görə, məktub qondarma `erməni soyqırımı` ilə bağlıdır.

A.Mustafayev 167 səhifəlik məktubu aprelin 26-da Obamaya və Roma Papasına göndərəcəyini deyib.



Obamanın azərbaycanlı oxşarı həmçinin qeyd edib ki, ermənilər Azərbaycanda törətdikləri qətliamları Türkiyənin üzərinə atmağa çalışırlar.

`Rusiyanın qulu olan Sarkistan Papaya yalan dedi və Papa cahil olduğu üçün Türkiyəyə qarşı soyqırım ifadəsini işlətdi. Bu haqsızlıqdır. Papa məktubu oxusun və türk dünyasından, Türkiyədən, Azərbaycandan üzr istəsin`.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti