İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı həbs edildi

İŞİD-ə qoşulmaq istəyən 4 azərbaycanlı həbs edildi
  18 Aprel 2015    Oxunub:1737
Suriyaya keçməyə çalışan 4 Azərbaycan vətəndaşı saxlanılıb.
AzVision.az-ın məlumatına görə, qeyri-qanuni yolla Türkiyənin Qaziantep bölgəsindən Suriyaya keçmək istəyərkən azərbaycanlılar jandarma tərəfindən saxlanılıblar.

Həmin şəxslərin ifadələri alındıqdan sonra Türkiyə sərhədlərindən kənarlaşdırılacaqları bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.


Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti