“Yuxarı siniflərdə İslam dini tədris olunacaq” – Mübariz Qurbanlı

“Yuxarı siniflərdə İslam dini tədris olunacaq” – Mübariz Qurbanlı
  18 Aprel 2015    Oxunub:2561
“Azərbaycanda məktəblərdə dini biliklərin mövcud dərsliklərdə genişləndirilmiş şəkildə və ya ayrıca fənn kimi tədris edilməsinə dair müzakirələr aparılır”.
Bunu AzVision.az-a açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, artıq məsələ Təhsil Nazirliyi ilə müzakirə olunur.
Komitə sədri qeyd edib ki, hazırda məktəblədə həyat bilgisi, tarix, ədəbiyyat dərsliyi var ki, onların içərisində İslam dini ilə bağlı geniş izahatlar verilir.

M.Qurbanlı onu da əlavə edib ki, İslam dininin yuxarı siniflərdə ayrıca kurs kimi tədris olunması ilə bağlı təkliflər var . O, qeyd edib ki, hazırda bu məsələ müzakirə olunur.

Gültəkin ƏLƏSGƏR
AzVision.az



Teqlər:





Xəbər lenti