Azərbaycanda tələbələr maaş alacaqlar

Azərbaycanda tələbələr maaş alacaqlar
  18 Aprel 2015    Oxunub:2228
Azərbaycanda magistratura səviyyəsi üzrə təhsil alan bəzi tələbələr təqaüd deyil, maaş alacaqlar.
Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, bu ildən ilk dəfə olaraq AMEA sisteminə daxil olan institut və elmi müəssisələrə magistratura səviyyəsi üzrə tələbə qəbulu aparılacaq. Həmin tələbələr AMEA-da təhsil aldıqları müddətdə elmi işçi kimi fəaliyyət göstərəcəklər.

AMEA-da magistraturada təhsil alan tələbələr Təhsil Nazirliyi sisteminə daxil olan tələbələrdən fərqli olaraq, təqaüd deyil, elmi işçi kimi təqaüddən daha yüksək məbləğdə olan əməkhaqqı alacaqlar. Bununla yanaşı, onların təhsil müddətlərini başa vurduqdan sonra institutlarda elmi işçi kimi fəaliyyətlərini davam etdirməsinə imkan yaradılacaq: “Bununla da onlar həm magistraturada təhsil alacaq, həm də işlə təmin ediləcəklər”.

Qeyd edək ki, bu ildən AMEA-da magistraturara qəbul üçün 7 ixtisas - dilşünaslıq, antropologiya, fizika, kimya, biologiya, geologiya, aqronomluq üzrə ümumilikdə 20 plan yeri ayrılıb. Magistraturaya tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparılır. Proqram seçiminə buraxılmaq üçün minimal 30-50 bal tələb olunur.


Teqlər:





Xəbər lenti