ABŞ-da atışma: 5 nəfər güllələndi

ABŞ-da atışma: 5 nəfər güllələndi
  17 Aprel 2015    Oxunub:1605
ABŞ-ın Arizona ştatı Finiks şəhərində evlərdən birində atışma nəticəsində öldürülən 5 nəfərin cəsədi aşkarlanıb.
Bu barədə AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir.

Polisin məlumatına görə, hadisə məişət münaqişəsi zəminində qeydə alınıb.

“Ümumilikdə, 5 cəsədi aşkarlanıb. Onların adları hələ ki açıqlanmır”, - deyə, “Los-Anceles Tayms” qəzeti yazır.

Arizona polisinin nümayəndəsinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələn zaman pəncərə və qapılar bağlı olub. Evə girmək üçün polislər xüsusi robotdan istifadə edib.

Hazırda ABŞ polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti