Arvad əti yeməyin fəzilətləri

Arvad əti yeməyin fəzilətləri
  10 Aprel 2015    Oxunub:4448
Azər Sarıyev

Sadağası olduğum, dünyanın seçilmiş milləti, bəşərin nuri-didəsi saydığım həşəmətli ərəb xalqının müftiyi-əzəmlərindən biri zati-müqəddəsləri Əbdüləziz Əli Şeyxi cümlə müslimin sevincinə səbəb olan bir fətva verib ki, bəs bir qadın kişinin halalıdırsa, onun ətini yemək niyə caiz olmasın?


Amma İranlı din qardaşlarımız kişinin sözünü kəsərək deyiblər ki, aaaya, elə bir vacibat olsaydı, Xomeyni ağamız buyurardı. Ağam-ağam Xomeyni həzrətləri buyurub ki, 5 yaşından etibarən qadına hər şey eləmək olar, bircə yemək olmaz. Mübahisə qızışıb, məzhəb itib və ortaq komissiya hər iki tərəfin ürəyincə və marağınca olan qərar verib.

Qərarın preambulasında qadın ətinin yeyilməsinin nəinki sünnət, hətta fərz, yəni ki, vacibdən də vacib olması bildirilir və faydalarından danışılır. Qeyd edilir ki, xanımların əti həm qida maddəsi kimi, həm də müalicəvi-profilaktik baxımdan faydalıdır. Əsasən 9-21 yaşlı qadınların əti məsləhətdir. Bu yaşdan yuxarı zənən əti bədənə istilik, quruluq verir, gec həzm olunur. Onu həll bişirmək, sirkə və ədviyyələrlə, o cümlədən darçın işlətməklə yemək münasibdir.

Qadın əti bədəni qüvvətləndirir, kökəldir, pəhriz məqsədilə istifadə edilə bilər, sidikqovucu təsirə malikdir. Qadın budunun iliyini sürtdükdə dəridə olan şişləri yatırır və baş ağrısını sakitləşdirir. Xanımların təzə qanının arpa unu ilə təpitməsi də şişlər üçün münasibdir.

Gənc xanım əti bədənə istilik verir, kökəldir, orqanizmi möhkəmləndirir, qan əmələ gətirir. Daxili üzvləri, o cümlədən ürək, böyrək və qaraciyəri müalicə edir. Boyun və ətrafların əti daha xeyirlidir.

Qərar hissəsində isə buyurulur ki, ancaq müsəlman qadının əti yeyilə bilər. Kafir, mürtəd, münafiq və öz əcəli ilə ölmüş zənənlərin əti halal sayılmaz. Yalnız kişi naəlac qaldıqda, yəni müharibə, aclıq, qıtlıq şəraitində acından ölməmək üçün həmin qadınların ətinidən istemal edə bilər.

Yeyiləcək övrət kar, kor, keçəl olmamalı, bütün əzaları yerində olmalıdır. Əri, yaxud ərinin qonaqları tərəfindən yeyilməyə könüllü razı olan övrət Cənnətə düşəcək və 1,90 sm. boyunda, istədiyi irqdən olan, 12 əzələli qılmanla keyf edəcək.


Teqlər:





Xəbər lenti