Kardaşyan “Eurovision-2015”-də oxuyacaq

Kardaşyan “Eurovision-2015”-də oxuyacaq
  01 Aprel 2015    Oxunub:2853
Erməni əsilli amerikalı fotomodel Kim Kardaşyan və onun həyat yoldaşı Kanye Uest bu ilin may ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision 2015” mahnı müsabiqəsində çıxış edəcəklər.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Kardaşyan və həyat yoldaşı mayın 19-u ilk yarımfinal günü, “Eurovision-2015”də çıxış edəcək.

Məlumata əsasən konsertin təşkilatçılarından biri Markus Hapelin sözlərinə görə, Kim Kardaşyan və Kanye Uest müsabiqədən əvvəl iki mahnı (Bound 2 və Uşaçaç hosker) oxuyacaq. Sonucu mahnını cütlük erməni dilində oxuyacaq.

Son məlumatlara əsasən Azərbaycanın ikinci yarımfinalda mübarizə aparacaq. Azərbaycan təmsilçisi səhnəyə 11-ci çıxacaq.

İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belədir: Moldova, Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan.

İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək: Litva, İrlandiya, San Marino, Monteneqro, Malta, Norveç, Portuqaliya, Çex Respublikası, İsrail, Latviya, Azərbaycan, İslandiya, İsveç, İsveçrə, Kipr, Sloveniya və Polşa.

İlk yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də olacaq. Müsabiqənin finalı isə mayın 23-nə təyin olunub.

Müsabiqəyə ev sahibliyi edəcək Avstriya təşkilatçıların qərarına əsasən, finalda 14-cü çıxış edəcək. Ölkələrin finaldakı iştirak ardıcıllığı isə yarımfinalların nəticəsi məlum olandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti