Yəmənə silah satmırıq - İran yalanladı

Yəmənə silah satmırıq - İran yalanladı
  01 Aprel 2015    Oxunub:1619
İran Yəmənə silah göndərməsi ilə bağlı iddiaları təkzib edib.

AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözcüsü Mərziyə Əfham mətbuata açıqlamasında deyib. O vurğulayıb ki, bu iddialar yalandır:

“Bu iddialar Yəmənə müdaxilə üçün bəhanə ola bilməz. İran Yəmənə silah göndərmir. Yəmənlə İran arasında imzalanan hava yolu anlaşmasına əsasən Husilər Sənanı ələ keçirəndən sonra ora humanitar yardım göndərilib. Razılıq imzalanandan gündən bəri ora hərbi yox, yalnız ticari və mülki təyyarələr gedib. Humanitar yardım isə Yəmən Qızıl Aypara cəmiyyətinə təhvil verilib”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti