Daha bir prezident Putinin təklifinə `yox` dedi

Daha bir prezident Putinin təklifinə `yox` dedi
  01 Aprel 2015    Oxunub:2356
Moldovanın prezidenti Nikolay Timofti mayın 9-da Moskvada keçiriləcək Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş bayram tədbirlərinə qatılmayacaq.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova prezidentinin mətbuat katibi Vlad Tsurkanu bildirib.

“Prezident Timofti bu məsələ ilə bağlı mövqeyini bildirib. O, mayın 9-da Moskvaya səfər etməyəcək”, deyə V.Tsurkanu bildirib.

Onun sözlərinə görə, Nikolay Timofti Kişinyovda keçirilən bayram tədbirlərində iştirak edəcək.




Teqlər:





Xəbər lenti