`Cəmiyyət müxalifətdən üz döndərib` - Aydın Mirzəzadə

`Cəmiyyət müxalifətdən üz döndərib` - Aydın Mirzəzadə
  01 Aprel 2015    Oxunub:1534
“AXCP-də gənclərlə partiya rəhbərliyi arasında yaranan qalmaqal onu göstərir ki, gənclik onların arxasınca getmək istəmir”.
AzVision.az xəbər verir ki, bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkilinin sözlərinə görə, təcrübəsizlikdən onların siyasətinə qoşulanlar müəyyən bir müddətdən sonra daxildə nələrin baş verdiyini, onlardan istifadə edildiyinin artıq fərqinə varırlar:

“Hesab edirəm ki, bu, axırıncı deyil. Son dövrlərdə onların daxilində bir-birinin ardınca qalmaqallı hadisələr baş verir. AXCP-nin apardığı siyasətin bu gün milli marağlara, insanların hüquqlarına zidd olduğu bir daha aydın görünür. Bu gün ümumilikdə cəmiyyət radikal müxalifətə, Azərbaycanın inkişafına qarayaxmağa çalışan qüvvələrə, antimilli siyasi dairələrə birmənalı şəkildə yox deyir. Sevindirici haldır ki, bu gənclər gec də olsa artıq öz səhvlərini başa düşürlər”.

Qeyd edək ki, AXCP Gənclər Komitəsinin bəzi üzvləri ilə partiya rəhbərliyi arasında ciddi gərginlik yaşanıb. Gənclər Komitəsinin üzvlərinin yaxın günlərdə bəyanat verərək, kütləvi şəkildə partiyadan çıxacaqları gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti