Bakıda kişiləri qadınla `tutan` dəstə - VİDEO

Bakıda kişiləri qadınla `tutan` dəstə  - VİDEO
  01 Aprel 2015    Oxunub:15032
Bakıda quldurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə saxlanılıb. Məlum olub ki, metro stansiyalarında tanış olduğu kişiləri evə gətirən qadının sevgilisi və dostu, görüşdürdüyü kişiləri döyərək qarət edirmiş.

Xəzər rayon Polis İdarəsinin keçirdiyi əməliyyat zamanı 25 yaşlı Əfsanə Hüseynova, onunla qeyri-rəsmi nikah münasibətlərində olan həyat yoldaşı 26 yaşlı Məmmədəli Hacıyev və Rusiya Federasiyası vətəndaşı 31 yaşlı Gülhüseyn Sadıqov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Əfsanə Hüseynova əvvəlcədən qurulan plana əsasən metro stansiyalarında tanış olduğu oğlanlarla cinsi əlaqədə olmaq adı ilə, onları Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yaşadığı evə dəvət edib. Evə daxil olandan sonra isə qadının tanış olduğu oğlanlar, Məmmədəli Hacıyevin hücumuna məruz qalıb. Məmmədəli Hacıyev evə gələn şəxslərə fiziki zor tətbiq edərək onların pulunu və mobil telefonlarını əllərindən alıb.

İstintaq zamanı dəstə üzvlərinin bu cinayətləri Rusiya Federasiyasında məhkum olunan Gülhüseyn Sadıqovun qurduğu plana əsasən həyata keçirdikləri məlum olub.

Hələlik saxlanılan şəxslərin bu üsulla 5 nəfərə qarşı quldurluq etdikləri sübuta yetirilib.Amma zərərçəkən şəxslərin sayının artacağı istisna olunmur.

Faktla əlaqədar Xəzər RPİ-də cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)






Teqlər:





Xəbər lenti