İŞİD-dən növbəti dəhşət: 30 edam

İŞİD-dən növbəti dəhşət: 30 edam
  31 Mart 2015    Oxunub:3039
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları bu gün təxminən 30 nəfəri edam edib.
Bu barədə AzVision.az “BBC News”a istinadən xəbər verir.

Edam faktı Suriyanın mərkəz regionlarında qeydə alınıb. Suriya İnsan Haqları üzrə Monitorinq Qrupunun məlumatına görə, ölənlər arasında iki uşaq və qadınlarda var. Bundan əlavə yaraqlılar Mabudjeh kəndinin sakinlərini yandırıblar.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti