Nazirlikdən Cahangir Hacıyevin şirkəti ilə bağlı AÇIQLAMA

Nazirlikdən Cahangir Hacıyevin şirkəti ilə bağlı AÇIQLAMA
  31 Mart 2015    Oxunub:3541
Müdafiə Nazirliyi hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olan BOT MMC ilə əməkdaşlığı dayandırması haqda şirkətin iddiasına cavab verib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hal-hazırda Silahlı Qüvvələrin şəxsi heyəti üçün daha keyfiyyətli, müasir tələblərə cavab verən və sərfəli qiymətlərlə alınan ayaqqabıların fasiləsiz təminatı həyata keçirilir.

“BOT MMC tərəfindən istehsal olunaraq təqdim olunmuş ayaqqabı nümunələri keyfiyyət və qiymət baxımından tələblərə cavab vermədiyindən qəbul edilməyib”-deyə nazirlik qeyd edib.

Qeyd edək ki, BOT MMC-nin baş mühəndisi Mahmud Babayev AzVision.az-a açıqlamasında Müdafiə Nazirliyinin onlarla əməkdaşlıq etmədiyini deyib: “Müdafiə Nazirliyi artıq tender keçirmir. Tender keçirsəydi iştirak edərdik. 15 il bizim fabrik Müdafiə Nazirliyi üçün ayaqqabı tikib. Amma indi bizimlə əməkdaşlıq etmir”.

Xatırladaq ki, BOT MMC-nın rəhbərinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev olduğu bildirilir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti