`Mitinqə getməyin` - Seymur Baycandan çağırış
`Hörmətli gənclər, sizi 5 aprel mitinqində iştirak etməməyə çağırıram. 20 ildi insanları barmağına dolayan, prinsipsiz, uğursuz, nə etdiklərini özü də bilməyən adamlara baş qoşmasanız sizin üçün daha yaxşı olar. Düzdür, bu çağırış bilirəm ki, birmənalı qəbul olunmayacaq, amma mən bunu deməyə özümü borclu hesab edirəm.
Milli şuranın sədri Cəmil Həsənli hələ də Azərbaycan yazıçılar birliyinin üzvüdür, xahişlərə və tələblərə bir qram da məhəl qoymadan xalqsız xalq yazıçısı Anar Rzayevi müdafiə etdi və onu dostum adlandırdı. Təkcə bu fakt Cəmil Həsənlinin nə qədər qeyri-ciddi və prinsipsiz adam olduğunu sübut edir. Mitinqə aparmağa adam lazımdırsa indi qoy Cəmil Həsənli zəhmət çəkib, Azərbaycan yazıçılar birliyinin üzvlərini aparsın. Siz bu oyunlarda iştirak etməsəniz daha yaxşı olar`.
AzVision.az