Bakıda ağır qəza, maşın yandı

Bakıda ağır qəza, maşın yandı
  31 Mart 2015    Oxunub:1374
Bakıda avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş verib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhfil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:22-də yanğınsöndürənlər tərəfindən söndüülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti