MTA qarşısında atışma: ölən və yaralanan var

MTA qarşısında atışma: ölən və yaralanan var
  31 Mart 2015    Oxunub:1983
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) mənzil-qərargahının girişi qarşısında baş vermiş atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, MTA-nın Merilend ştatının Fort Mid şəhərində yerləşən binasının mühafizəsini həyata keçirən polis əməkdaşları qurumun girişindəki darvazanı qırıb keçməyə cəhd edən avtomobilə atəş açıblar. NBC telekanalının məlumatına görə, avtomobildə qadın libası geyinmiş iki kişi olub. Sonradan polis avtomobilin salonunda narkotik maddələr və silah da aşkarlayıb.

Faktla bağlı polis araşdırma aparır.


Teqlər:  





Xəbər lenti