`Taleyimdən çox razıyam...` - Şəfiqə Məmmədova

`Taleyimdən çox razıyam...` - Şəfiqə Məmmədova
  31 Mart 2015    Oxunub:3885
“Prezidentin sərəncamına çox sevindim. Belə hallara görə yaşamağa dəyər”

Bu sözləri AzVision.az-a açıqlamasında ötən gün prezident İlham Əliyev tərəfindən təltif edilən Xalq artisti Şəfiqə Məmmədova deyib.

Aktirisa bildirib ki, bu xəbər onun üçün gözlənilməz olub.

“Sevincimin həddi-hüdudu yoxdur. Göstərdiyi diqqətə görə cənab prezidentə təşəkkürümü bildirirəm. Fəaliyyətimə diqqət çox yüksək səviyyədədir. Belə hallara görə yaşamağa da dəyər. Mükafatlarım çoxdur və mən prezidentimə təşəkkür edirəm. Ona da uğurlar arzu edirəm. Mən taleyimdən çox razıyam”.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Ş.Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti