Bakıda məşhur şirkətin ofisinə basqın

 Bakıda məşhur şirkətin ofisinə basqın
  30 Mart 2015    Oxunub:1880
Bakıda ofisdən külli miqdarda pul aparılıb.
AzVision.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon, Kənar Dairəvi yol 116 ünvanında – “Ramse” MMC-nin ofisində baş verib. Naməlum şəxs və ya şəxslər ofisin pəncərəsini qıraraq otaqlara daxil olublar. Otaqlardan birində yerləşdirilmiş seyfdən ümumilikdə 68 min 500 manat pulu götürən şəxslər aradan çıxıblar.

Hazırda fakt üzrə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti